Close button
Müsabiqəyə qəbul bitmişdir. Daxil ol

Müsabiqə - Gələcək Sənin Əlindədir


Azərbaycanda ətraf mühitin qorunmasına dəstək məqsədilə yaradılmış ÖzünYarat onlayn platforması üzərindən “Gələcək sənin əlindədir" kampaniyası altında müsabiqə açıq elan olundu.


Platforma, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb və DIY (Do It Yourself - Özün Yarat) mədəniyyətini təbliğ edir, lazımsız, yararsız və köhnə əşyalardan istifadə etməklə yeni və yaradıcı məhsulların yaradılması və tullantıların azaldılması məqsədini daşıyır.


Müsabiqə köhnə və lazımsız əşyalardan yeni məhsulların hazırlanmasını təbliğ etməklə yanaşı, ideya müəlliflərinə öz layihələrini digər iştirakçılarla paylaşmaq imkanı yaradır.


Platforma daha çox insanın gündəlik həyatda tullantı hesab etdikləri əşyaları təkrar istifadə edərək yeni məhsullar yaratmağa çağırır. Müsabiqə iştirakçıları burada əşyaların yenidən istifadəsi barədə yaradıcı ideyalar tapa və bölüşə bilərlər.


Musabiqənin nəticələri noyabr ayında elan olunacaq və 1, 2 və 3-cü yerlərin qaliblərinə müvafiq olaraq 1500, 1000 və 500 AZN məbləğində pul mükafatları təqdim olunacaqdır.


Son müraciət tarixi: 15 Noyabr, 2021


İndi müraciət edin: www.ozunyarat.az 


İndi isə Müsabiqənin şərtləri ilə yaxından tanış olaq:


Kimlər bu müsabiqədə iştirak edə bilər?


Müsabiqədə peşəsindən və yaşından asılı olmayaraq hər bir şəxs iştirak edə bilər.


Müsabiqədə iştirak şərtləri hansılardır?


Müsabiqədə iştirak etmək üçün əsas şərtlər aşağıdakılardır:


-        Köhnə, istifadə olunmayan əşya və yaxud həmin əşyanın hissələrindən yeni məhsul hazırlamaq (hazırladığınız yeni məhsulda istifadə olunan materialların əksər hissəni köhnə, istifadə olunmayan əşyalar təşkil etməlidir).


-        Məhsul hazırlanma prosesinin addım-addım çəkilişini aparmaq (şəkil və ya video formatda)


-        Layihənin hazırlanma prosesinin addım-addım izahını www.ozunyarat.az  platformasında yerləşdirmək


Qeyd: Müsabiqənin nəticələri elan olunana qədər, iştirakçının layihəni saxlaması vacibdir. Yüklənilən layihənin iştirakçıya aid olduğunu yoxlamaq məqsədilə iştirakçıdan layihəni münsif heyətinə təqdim etməsi tələb oluna bilər.


Hansı layihələr ilə müraciət etmək olar?


Müsabiqədə iştirak etmək üçün istifadə edə biləcəyiniz köhnə materiallar plastik, parça, kağız, taxta, metal, elektron tullantılar və məişət əşyalarında istifadə olunan digər materiallar ola bilər.


Müsabiqəyə müraciət edəcəyiniz layihələrin növündə xüsusi bir məhdudiyyət yoxdur – köhnə əşya və materiallardan yeni məhsul hazırlanması müsabiqədə iştirak üçün kifayətdir.


Müsabiqədə iştirak üçün addım-addım izah


MƏRHƏLƏ 1: MÜRACIƏTLƏR


Addım 1: Düşünün Köhnələn və ya istifadə etmədiyiniz əşyalarla nə hazırlaya biləcəyinizi müəyyənləşdirin.


Addım 2: Hazırlayın və çəkin  İdeyanızı reallaşdırın. Layihə yaradaraq işin icrasını mərhələli şəkildə izah edin. Məhsul hazırlanma prosesinin addım-addım çəkilişini aparın. (şəkil və ya video format mümkündür).


Addım 3: Paylaşın Ətraf mühit üçün önəmli addım atmış olduğunuzu bilməlisiniz. Bunu hər kəs ilə paylaşın. Layihənin hazırlanma prosesinin addım-addım izahını www.ozunyarat.az platformasında yerləşdirin.


Qeyd: Əgər hazırlanma prosesini şəkil formatında çəkmisinizsə, hər addımda bir və ya bir neçə şəkil yerləşdirməyiniz zəruridir. Video formatda aparılan çəkilişlər redaktə olunduqdan sonra platformaya yüklənməlidir və videolar 3 dəqiqədən uzun olmamalıdır. Videolarda məhsulun hazırlanması prosesinin hər addımını səsli və ya alt yazılarla izah etmək zəruridir. Səsli izah zamanı səsin aydın yazılmasına nəzarət edin.


Addım 4: İctimailəşdirin Platforma istifadəçiləri və müsabiqə üzvləri üçün layihələr üzrə səs vermə imkanı 25 Noyabr, 2021 tarixədək mümkündur. Odur ki, www.ozunyarat.az  platformasına yüklədiyiniz layihə səhifəsini öz şəbəkələrinizdə paylaşın. İctimaiyyətin www.ozunyarat.az ilə verdikləri səs ümumi səsvermənin 20% - ni təşkil edəcəkdir.


MƏRHƏLƏ 2: QALİBLƏRİN SEÇİLMƏSİ VƏ MÜKAFATLANDIRMA


Addım 1: "Qiymətləndirmə" – Noyabr, 2021 Layihələrin qiymətləndirilməsi mərhələsinə start verilir və ümumi səs vermənin nəticəsi münsiflərin səslərinə əlavə olunaraq qaliblər müəyyən olunur. İctimaiyyətin verdikləri səs ümumi səsvermənin 20% - ni təşkil edəcəkdir.


Addım 2: "Mükafatlandırma" Müraciətçilərin göndərdiyi layihələr içərisindən ictimai səsvermə və münsiflərin dəyərləndirməsi əsasında ən yaxşı 30 layihə seçilərək mükafatlandırılacaqdır.


Mükafatlar nələrdir?


Müsabiqədə iştirak edəcək layihələr layihə müəlliflərinin yaradıcılıqlarını nümayiş etdirəcək və “Özün Yarat” yanaşması ilə köhnə əşyalara təkrar həyat verəcək, beləcə də ətraf mühiti yaradıcılıqla qorumağa öz töhvələrini vermiş olacaqlar. Müraciətçilər aşağıdakı mükafatlar uğrunda yarışacaqlar.


– Birinci yer:     1,500 AZN


– İkinci yer:      1,000 AZN


– Üçüncü yer:   500 AZN


Bundan əlavə, plastik, parça, kağız, taxta, metal, elektron tullantılar və ümumi kateqoriya olmaqla 7 kateqoriyanın hər biri üzrə seçilən ən yaxşı layihəyə (ümumilikdə 7 layihə) dəyərli mükafatlar hədiyyə olunacaqdır.


Son müraciət tarixi: 15 Noyabr, 2021



Özünüzə və yaradıcılığınıza güvənin və müraciət edin: http://ozunyarat.az/    


Bu müsabiqə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nın İnkişaf Proqramının həyata keçirdiyi "EU4Climate" layihəsi çərçivəsində hazırlanıb. Vebsaytdaki məlumatlar nə Avropa İttifaqının, nə də BMT-nın İnkişaf Proqramının rəsmi mövqeyini əks etdirir.

Müsabiqə iştirakçıları

Parça Köhnə parçanın yeni hayatı
tərəfindən
Digər Tullanti şüşə butulkadan suvenir
tərəfindən
Digər Mayflower
tərəfindən
Digər ekoledlampa
tərəfindən
Taxta Taxta çərçivə
tərəfindən
Kağız Kağız və qəzetdən şam qabı
tərəfindən
Plastik Plastik güllərdən tablo
tərəfindən
Kağız Kartondan və metaldan hazırlanmış dekorativ əşya
tərəfindən
Digər İstifadə edilmiş şamlarla kokos estetika
tərəfindən
Plastik Asılqan saxlama qabı
tərəfindən
Metal Kreativ masa lampası
tərəfindən
Kağız Əşya saxlancı
tərəfindən
Kağız Qəzetdən qəndqabı
tərəfindən
Plastik Plastik butulka qapaqlarından çanta
tərəfindən
Taxta taxtadan Kənd həyatı
tərəfindən
Kağız Həyata açılan yeni səhifə
tərəfindən
Digər Qoz qabığından çərçivəde gülün düzəldilmesi
tərəfindən
Metal Balaca Sərinkeş
tərəfindən
Kağız Bacim ucun kukla
tərəfindən
Parça Toqqa
tərəfindən
Taxta Quş dünyasının gözəlliyi
tərəfindən
Plastik Su tapancası
tərəfindən
Taxta Çanta
tərəfindən
Plastik Hallowen ucun plastikden dekorativ bitki
tərəfindən
Metal Meyvə-tərəvəz sərib - qurutmaq üçün əşya
tərəfindən
Digər İkinci həyat
tərəfindən
Digər Oturacaq stul
tərəfindən
Parça Köhnə parçalara yeni həyat
tərəfindən
Digər İkinci həyat
tərəfindən
Kağız Kartondan mini ev
tərəfindən
Plastik Buludlar -pambıq kimi buludlar
tərəfindən
Digər Bankalardan mətbəxdə saxlama qabları
tərəfindən
Digər Salafandan Şir
tərəfindən
Digər Yuxu tutan
tərəfindən
Taxta Taxtadan hazırlanmış çırçıraq
tərəfindən
Kağız Kağız hörgü
tərəfindən
Plastik Nata və Maysa - quş qidalandırıcı
tərəfindən
Taxta Dekorativ Lampa
tərəfindən
Digər Tullantı qutu və qalıq parçadan dekorativ səbət
tərəfindən
Parça Orqanayzer
tərəfindən
Parça Ozunyarat tikis
tərəfindən
Kağız Qəzetdən armud səbət
tərəfindən
Plastik plastic in teaching
tərəfindən
Metal Hamam stolu
tərəfindən
Plastik Kala gülü
tərəfindən
Digər Son an xilas olunan Divan
tərəfindən
Kağız Keks Kağızlarından Çiçəklər
tərəfindən
Plastik Plastik tullantıdan əlverişli sandıq layihəsi
tərəfindən
Plastik Salafandan səbət hazırlanması
tərəfindən
Digər Dekorativ suviner
tərəfindən
Digər Köşk
tərəfindən
Kağız Orta əsr evi
tərəfindən
Plastik Plastik butulkadan gül vitrini
tərəfindən
Plastik Plastik bidondan hazırlanmış oyuncaqlar
tərəfindən
Kağız Book nook
tərəfindən
Plastik Plastik Torbalardan Toxunmuş Nümunə
tərəfindən
Plastik Plastik qabdan səkkizayaq
tərəfindən
Digər Quş yuvası
tərəfindən
Digər Tıq Tıq xanım və Siçan bəy kuklaları
tərəfindən
Plastik Plastik Borudan Eko Lampa
tərəfindən
Parça Köhnə paltarların və əşyaların reinkarnasiyası
tərəfindən
Parça Praktik ev əşyaları
tərəfindən
Kağız Kartondan güldan
tərəfindən
Kağız Salfetka kartonlarından hazırlanmış qələm qabı
tərəfindən
Parça İstifadəsiz paltardan yeni idman çantasına
tərəfindən
Plastik 'Plastik qutudan qələmqabı'
tərəfindən
Plastik Körpü
tərəfindən
Plastik PLASTİK SU QABINDAN QUŞLAR ÜÇÜN EV
tərəfindən

Mükafatlar

Birinci yer 1500 AZN
İkinci yer 1000 AZN
Üçüncü yer 500 AZN
Kağız kateqoriyası üzrə qalib 200 AZN
Plastik kateqoriyası üzrə qalib 200 AZN
Parça kateqoriyası üzrə qalib 200 AZN
Taxta kateqoriyası üzrə qalib 200 AZN
Metal kateqoriyası üzrə qalib 200 AZN
Elektron kateqoriyası üzrə qalib 200 AZN
Digər kateqoriyası üzrə qalib 200 AZN

Necə işləyir?

1
Layihə yaratMüsabiqənin qaydaları ilə tanış ol və yeni layihə yarat.
2
Layihəni paylaşHazırladığın layihəni sənə təqdim olunmuş alternativ müsabiqələr sırasında kateqoriya və alt kateqoriyaya görə müəyyənləşdir.
3
Layihənin təstiq olunmasıDərc olunmuş layihənin müsabiqə şərtlərinə uyğunluğunun yoxlanmasını və təsdiqlənməsini gözlə.
4
Səs verməPlatforma istifadəçiləri və müsabiqə üzvləri üçün layihələr üzrə səs vermə imkanı müsabiqənin təsvirində əks olunan tarixədək mümkündur.
5
QiymətləndirməLayihələrin qiymətləndirilməsi mərhələsinə start verilir və ümumi səs vermənin nəticələri nəzərə alınaraq, qaliblər müəyyən olunur.
6
QaliblərQaliblər müəyyən olunduqdan sonra müsabiqə sahifəsində elan olunur və onlara müsabiqə şərtlərinə əsasən hədiyyələr təqdim olunur.