Close button

Müsabiqə - Dəyişiklik Evdən Başlayır


Azərbaycanda ətraf mühitin qorunmasına dəstək məqsədilə yaradılmış ÖzünYarat onlayn platforması üzərindən Dəyişiklik Evdən Başlayır” kampaniyası altında müsabiqə açıq elan olundu.


Platforma, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb və DIY (Do It Yourself - Özün Yarat) mədəniyyətini təbliğ edir, lazımsız, yararsız və köhnə əşyalardan istifadə etməklə yeni və yaradıcı məhsulların yaradılması və tullantıların azaldılması məqsədini daşıyır.


Müsabiqə köhnə və lazımsız əşyalardan yeni məhsulların hazırlanmasını təbliğ etməklə yanaşı, ideya müəlliflərinə öz layihələrini digər iştirakçılarla paylaşmaq imkanı yaradır.


Platforma daha çox insanın gündəlik həyatda tullantı hesab etdikləri əşyaları təkrar istifadə edərək yeni məhsullar yaratmağa çağırır. Müsabiqə iştirakçıları burada əşyaların yenidən istifadəsi barədə yaradıcı ideyalar tapa və bölüşə bilərlər.


5 İyun ”Ümumdünya ətraf mühit günü” çərçivəsində elan olunan müsabiqə üzrə 1, 2 və 3-cü yerlərin qaliblərinə 3000, 2000 və 1000 manat məbləğində pul mükafatları təqdim olunacaqdır.


Son müraciət tarixi: 15 iyul, 2020


İndi müraciət edin: http://ozunyarat.az/


İndi isə Müsabiqənin şərtləri ilə yaxından tanış olaq:


Kimlər bu müsabiqədə iştirak edə bilər?


Müsabiqədə peşəsindən və yaşından asılı olmayaraq hər bir şəxs iştirak edə bilər.


Müsabiqədə iştirak şərtləri hansılardır?


Müsabiqədə iştirak etmək üçün əsas şərtlər aşağıdakılardır:


-        Köhnə, istifadə olunmayan əşya və yaxud həmin əşyanın hissələrindən yeni məhsul hazırlamaq (hazırladığınız yeni məhsulda istifadə olunan materialların əksər hissəni köhnə, istifadə olunmayan əşyalar təşkil etməlidir).


-        Məhsulun hazırlanma prosesinin addım-addım çəkilişini aparmaq (şəkil və ya video formatda)


-        Layihənin hazırlanma prosesinin addım-addım izahını www.ozunyarat.az platformasında yerləşdirmək


Qeyd: Müsabiqənin nəticələri elan olunana qədər, iştirakçının layihəni saxlaması vacibdir. Yüklənilən layihənin iştirakçıya aid olduğunu yoxlamaq məqsədilə iştirakçıdan layihəni münsif heyətinə təqdim etməsi tələb oluna bilər.


Hansı layihələr ilə müraciət etmək olar?


Müsabiqədə iştirak etmək üçün istifadə edə biləcəyiniz köhnə materiallar plastik, parça, kağız, taxta, metal, elektron tullantılar və məişət əşyalarında istifadə olunan digər materiallar ola bilər.


Müsabiqəyə müraciət edəcəyiniz layihələrin növündə xüsusi bir məhdudiyyət yoxdur – köhnə əşya və materiallardan yeni məhsul hazırlanması müsabiqədə iştirak üçün kifayətdir.


Müsabiqədə iştirak üçün addım-addım izah


MƏRHƏLƏ 1: MÜRACİƏTLƏR


Addım 1: Düşünün


Köhnələn və ya istifadə etmədiyiniz əşyalarla nə hazırlaya biləcəyinizi müəyyənləşdirin.


Addım 2: Hazırlayın və çəkin 


İdeyanızı reallaşdırın. Layihə yaradaraq işin icrasını mərhələli şəkildə izah edin. Məhsul hazırlanma prosesinin addım-addım çəkilişini aparın. (şəkil və ya video format mümkündür).


Addım 3: Paylaşın


Ətraf mühit üçün önəmli addım atmış olduğunuzu bilməlisiniz. Bunu hər kəs ilə paylaşın. Məhsulun hazırlanma prosesinin addım-addım izahını www.ozunyarat.az platformasında yerləşdirin.


Qeyd: Əgər hazırlanma prosesini şəkil formatında çəkmisinizsə, hər addımda bir və ya bir neçə şəkil yerləşdirməyiniz zəruridir. Video formatda aparılan çəkilişlər redaktə olunduqdan sonra platformaya yüklənməlidir və videolar 3 dəqiqədən uzun olmamalıdır. Videolarda məhsulun hazırlanması prosesinin hər addımını səsli və ya alt yazılarla izah etmək zəruridir. Səsli izah zamanı səsin aydın yazılmasına nəzarət edin.


Addım 4: İctimailəşdirin


Platforma istifadəçiləri və müsabiqə üzvləri üçün layihələr üzrə səsvermə imkanı 15 iyul, 2020 tarixədək mümkündur. Odur ki, www.ozunyarat.az platformasına yüklədiyiniz layihə səhifəsini öz şəbəkələrinizdə paylaşın. İctimaiyyətin www.ozunyarat.az ilə verdikləri səs ümumi səsvermənin 20% - ni təşkil edəcəkdir.


MƏRHƏLƏ 2: QALİBLƏRİN SEÇİLMƏSİ VƏ MÜKAFATLANDIRMA


Addım 1: "Qiymətləndirmə"


Layihələrin qiymətləndirilməsi mərhələsinə start verilir və ümumi səsvermənin nəticəsi münsiflərin səslərinə əlavə olunaraq qaliblər müəyyən olunur. İctimaiyyətin verdikləri səs ümumi səsvermənin 20% - ni təşkil edəcəkdir.


Addım 2: "Mükafatlandırma"


İştirakçıların göndərdiyi layihələr içərisindən ictimai səsvermə və münsiflərin dəyərləndirməsi əsasında ən yaxşı 10 layihə seçilərək mükafatlandırılacaqdır.


Mükafatlar nələrdir?


Müsabiqədə iştirak edəcək layihələr layihə müəlliflərinin yaradıcılıqlarını nümayiş etdirəcək və “Özün Yarat” yanaşması ilə köhnə əşyalara təkrar həyat verəcək, beləcə də ətraf mühiti yaradıcılıqla qorumağa öz töhvələrini vermiş olacaqlar. İştirakçılar aşağıdakı mükafatlar uğrunda yarışacaqlar.


– Birinci yer:      3,000 azn


– İkinci yer:       2,000 azn


– Üçüncü yer:   1,000 azn


Bundan əlavə, plastik, parça, kağız, taxta, metal, elektron tullantılar və ümumi kateqoriya olmaqla 7 kateqoriyanın hər biri üzrə seçilən ən yaxşı layihəyə (ümumilikdə 7 layihə) dəyərli mükafatlar hədiyyə olunacaqdır.


Son müraciət tarixi: 15 iyul, 2020


Özünüzə və yaradıcılığınıza güvənin və müraciət edin: http://ozunyarat.az/


Müsabiqə iştirakçıları

Digər Dreamhouse
tərəfindən
Kağız Divar kağızından jalüz
tərəfindən
Taxta Lazımsız əşyalardan Nərd
tərəfindən
Plastik Cırtdan kəşfiyat gemisi
tərəfindən
Plastik Drop by drop
tərəfindən
Plastik Plastik butulka və qablardan dibçəklər
tərəfindən
Parça Ən asan və sərfəli maska
tərəfindən
Digər Təkər dibçək
tərəfindən
Plastik Terrazzo dəst
tərəfindən
Kağız Fiqurların sirri
tərəfindən
Elektron Dron 'MADEINAZERBAIJAN'
tərəfindən
Metal Əlüzyuyan boçka
tərəfindən
Metal Orijinal pul ağacı
tərəfindən
Metal Müasir suvarma sistemi üçün turba
tərəfindən
Taxta Faner hissəciklərdən stəkan altlığı
tərəfindən
Digər Yenilənmiş şüşə banka
tərəfindən
Digər Milli suvenir
tərəfindən
Parça Köhnə iplərdən qaz fiquru
tərəfindən
Taxta Oyuncaq fiqurlardan ev və abidə
tərəfindən
Digər KÖHNƏDƏN - Köhnə şüşə butulkanı evə gətirmək
tərəfindən
Digər Təkərdən hazırlanan Dibçək
tərəfindən
Parça Tullantıların yeni həyatı - Cirtdan
tərəfindən
Plastik Basketbol toru
tərəfindən
Metal Portfel formasinda manqal
tərəfindən
Plastik Plastik balıqlar
tərəfindən
Taxta Bağ üçün masa ve oturacaq
tərəfindən
Digər Dəri bilərzik
tərəfindən
Kağız Uşaqlar üçün oyuncaq ev
tərəfindən
Digər Şam ağacı qozasından çiçəklər
tərəfindən
Taxta stol üstü saat
tərəfindən
Digər Dəri tullantılarından hazırlanmış kəmərdən asılan açar aksesuarı
tərəfindən
Digər Gipsdən yarpaq dekor hazırlanması
tərəfindən
Kağız Lazımsız kağazlardan göbələk ev hazırlamaq
tərəfindən
Kağız Kartondan Hazırlanmış Dekorativ Güzgü
tərəfindən
Plastik Plastik dibçək
tərəfindən
Plastik Arı yuvası
tərəfindən
Metal Metal
tərəfindən
Kağız Tullantı kağızlardan ibarət dekor əşyaları
tərəfindən
Metal İdman alətindən çərçivə
tərəfindən
Taxta Köhnə çərçivədən dekorativ əşya
tərəfindən
Digər Şüşədən dekorativ güldan
tərəfindən
Metal Mini manqal
tərəfindən
Parça Uşaqlar üçün ekolojı təmiz oyuncaq
tərəfindən
Parça Köhnə cinsə yeni həyatlar
tərəfindən
Elektron Bluetooth speaker
tərəfindən
Metal Dekor tava
tərəfindən
Taxta Çox funksiyalı qələm qabı
tərəfindən
Elektron Robot qutusundan hazırlanmış yeriyən robot
tərəfindən
Kağız Kagiz qezetden güldan hazırlamaq
tərəfindən
Digər 3ü birində EcoLamp
tərəfindən
Digər Uşaqları xoşbəxt etməyin asan və ucuz olduğunun sübutu
tərəfindən
Digər Suvenir çərçivə
tərəfindən
Taxta ECO Decor
tərəfindən
Digər Şərab şüşəsindən hazırlanmış çılçıraq
tərəfindən
Taxta Şahmat taxtası
tərəfindən
Plastik Plastik Gece Lampası Asılqan Ağac Suviner
tərəfindən
Kağız Kartondan at arabasi düzeltmek
tərəfindən
Taxta Taxtalara yeni nəfəs
tərəfindən
Plastik Plastikdən bağ bəzəkləri
tərəfindən
Digər AtmaGətirQazan
tərəfindən
Digər Həyat ağacı
tərəfindən
Elektron Plastik çilçıraq
tərəfindən
Plastik Plastik qatıq qabından evinizin bəzəyinə
tərəfindən
Metal Şam qabi
tərəfindən
Digər Kəmər tullantısından hazırlanmış avtomobil üçün ətir qabı
tərəfindən
Metal Qranit yaxud mərmər və metal tullantılarından stolüstü aksssuar
tərəfindən
Digər Dəri üzərinə metallar dekorasiya edilmiş açar qabı
tərəfindən
Plastik Plastik şüşə və kartonlardan divan
tərəfindən
Digər Qranit və metal tullantılarından stolüstü qələmli aksssuar
tərəfindən
Kağız Usaqlarin inkisafi ucun 0-5 yasa kimi usaqlarda istifade oluna biler
tərəfindən
Plastik Foto çərçivə
tərəfindən
Plastik Pəncərənin bəzəyi
tərəfindən
Digər Yararsız avtomobil təkərindən jurnal masası
tərəfindən
Digər Açarlıq
tərəfindən
Plastik Kəpənək
tərəfindən
Plastik Sevimli donuzcuq
tərəfindən
Plastik Drink art Bir Fincan Incəsənət
tərəfindən
Plastik Plastik butulkadan hazırlanmış güldan
tərəfindən
Taxta Qızılgül
tərəfindən
Digər Telefon üçün proyektor
tərəfindən
Digər İstifadəyə yararsız təkərdən stol hazırlanması
tərəfindən
Plastik Plastik butulkadan hazırlanan çantalar
tərəfindən
Plastik Plastik tullantıdan məhsula
tərəfindən
Plastik Asan maska
tərəfindən
Digər MOMMADE
tərəfindən
Plastik Mavi kəpənəklər
tərəfindən
Plastik Plastik çiçəklər
tərəfindən
Parça Tullantıların yeni həyatı
tərəfindən
Metal Təkərli masa
tərəfindən
Parça Çimərlik çantası
tərəfindən
Taxta Quş yuvası
tərəfindən
Elektron Yel dəyirmanı motorla fırlanır
tərəfindən
Digər Çay daşından Dibçək
tərəfindən
Plastik Pul Box Deyirman
tərəfindən
Digər Bəzəkli güldan
tərəfindən
Plastik mobil telefon üçün stolüstü stend
tərəfindən
Parça QATIQLIQ
tərəfindən
Kağız Velosiped qələm qutusu
tərəfindən
Parça Köhnə ayaqqabılara 'Yeni yaşam'
tərəfindən
Plastik Şüşə qapaqlarından hazırlanmış Saat layihəsi
tərəfindən
Digər Bağ üçün aksesuar
tərəfindən
Digər Şüşə butulkadan şamdan
tərəfindən
Parça Əlfəcin
tərəfindən
Taxta Köhnə çərçivələrdən hazırlanmış jurnal masası
tərəfindən
Elektron Gul qabi
tərəfindən
Digər Qədimi dəyər
tərəfindən
Parça Toppuzlu qurama
tərəfindən
Kağız Donuz Banki
tərəfindən
Parça toxuma sahibi
tərəfindən
Kağız Tullantıdan İncəsənətə
tərəfindən
Digər Minimalist vaza
tərəfindən
Digər İstifadə olunmayan bankaları dəyərləndirmək
tərəfindən
Plastik Su dəyirmanı
tərəfindən
Kağız qələm qutusu
tərəfindən
Elektron Casette Lumiere
tərəfindən
Digər Yumurta qabığı ilə mətbəx üçün dekor
tərəfindən
Plastik Soyuducunun yumurta qabından hazırlanmış dibçək
tərəfindən
Parça Yenilənmiş stul
tərəfindən
Digər Pəri Evi Lampasi
tərəfindən
Plastik Plastik sellofandan xalça və oyuncaq
tərəfindən
Plastik Həqiqi Tozsoran
tərəfindən
Digər Göbələk ev
tərəfindən
Kağız Dekorativ velosiped
tərəfindən
Taxta Pubg Kar 98K çubuq atan
tərəfindən
Digər İstifadəyə Yararsız Plastinkadan Dekorativ Qab
tərəfindən
Digər İstifadəyə Yararsız Plastinkalardan Kiçik Dekorativ Masa
tərəfindən
Digər Banka şamdan
tərəfindən
Digər Sarımsaq fiquru
tərəfindən
Taxta Köhnə pəncərə çərçivəsindən hazırlanmış dibçək rəfi
tərəfindən
Digər Bankadan pul qabi
tərəfindən
Kağız Istifadə edilmiş kağızin təkrar emali
tərəfindən
Kağız Rəngli Açarlıq
tərəfindən
Plastik Fillər Dostumuzdur - Suyu dövretdirən Güldan
tərəfindən
Taxta Taxta paletdən divan
tərəfindən
Metal Yaşam Helikopteri
tərəfindən
Kağız Yumurta kaseti ilə bəzədilmiş işıqlar
tərəfindən
Plastik Plastik butulkadan gül qabı
tərəfindən
Parça Kiçik dostlarımız üçün oyuncaqlar
tərəfindən
Plastik Fergane
tərəfindən
Plastik Kukla- Müqəvva
tərəfindən
Parça Cins şalvardan maska
tərəfindən
Plastik Köhnə saç aksesuarını yenilə
tərəfindən
Kağız Qəzet kağızından səbət içində güllər düzəlt
tərəfindən
Digər Powerbank İlə İşləyən Ventilyator
tərəfindən
Plastik Mənim Qələmliyim
tərəfindən
Metal Zibillikdən evimizə qayıdan qablardan sevimli idman aləti
tərəfindən
Digər Köhnə Boşqabdan Dekor Əşyası
tərəfindən
Metal Mismardan xatirəlik hədiyyəyə
tərəfindən
Plastik Stres çarx
tərəfindən
Kağız Kospley üçün Daft Punk Kaskı
tərəfindən
Kağız Kartondan Spider Man Maskası
tərəfindən
Plastik Kospley üçün Zireh - RedHood zirehi
tərəfindən
Kağız Həyata açılan yeni səhifə
tərəfindən
Kağız Oyuncaq ev
tərəfindən
Taxta Sadə telefon dayağı
tərəfindən
Parça Artıq qalan parçadan saç aksesuarı
tərəfindən

Mükafatlar

Birinci yer 3000 AZN
İkinci yer 2000 AZN
Üçüncü yer 1000 AZN
Kağız kateqoriyası üzrə qalib Dəyərli hədiyyə paketi
Plastik kateqoriyası üzrə qalib Dəyərli hədiyyə paketi
Parça kateqoriyası üzrə qalib Dəyərli hədiyyə paketi
Taxta kateqoriyası üzrə qalib Dəyərli hədiyyə paketi
Metal kateqoriyası üzrə qalib Dəyərli hədiyyə paketi
Elektron kateqoriyası üzrə qalib Dəyərli hədiyyə paketi
Digər kateqoriyası üzrə qalib Dəyərli hədiyyə paketi

Necə işləyir?

1
Layihə yaratMüsabiqənin qaydaları ilə tanış ol və yeni layihə yarat.
2
Layihəni paylaşHazırladığın layihəni sənə təqdim olunmuş alternativ müsabiqələr sırasında kateqoriya və alt kateqoriyaya görə müəyyənləşdir.
3
Layihənin təstiq olunmasıDərc olunmuş layihənin müsabiqə şərtlərinə uyğunluğunun yoxlanmasını və təsdiqlənməsini gözlə.
4
Səs verməPlatforma istifadəçiləri və müsabiqə üzvləri üçün layihələr üzrə səs vermə imkanı müsabiqənin təsvirində əks olunan tarixədək mümkündur.
5
QiymətləndirməLayihələrin qiymətləndirilməsi mərhələsinə start verilir və ümumi səs vermənin nəticələri nəzərə alınaraq, qaliblər müəyyən olunur.
6
QaliblərQaliblər müəyyən olunduqdan sonra müsabiqə sahifəsində elan olunur və onlara müsabiqə şərtlərinə əsasən hədiyyələr təqdim olunur.