Close button

Lazımsız əşyalardan Nərd

@celil-abbasli tərəfindən Taxta
1904
4
2
Seçilmiş
Dərc olundu: 15 iyl 2020
Cəlil Abbaslı @celil-abbasli

Tamamilə pulsuz başa gələn nərdin hazırlanmasını izah edəcəm.

Addım 1: Lazım olan əşyalar

Köhnə şfaner qapıları, karton, yeşik taxtası, mismar, şrup, petlə ,kley

Addım 2: Birinci addım


Şfaner qapılarını elə öz petlələri ilə şəkildəki kimi bir birinə birləşdiririk, və şrupla bərkidirik. Petlə oturan yerləri yonmaq və ya kəsmək lazımdir ki, petlə düz səthə otursun.

Addım 3: İkinci addım


Karton bizə nərd daşlarının yerlərini düzəltmək üçün lazımdır. Şəkildə gördüyünüz kimi kartonu 24 sm uzunluqda , 3 sm enlikdə kəsirik. İçində 6 ədəd nərd daşı ilə ölçülmüş kəsik açırıq.

Addım 4: Üçüncü addım


Yeşik taxtalarını qapının ölçülərinə uyğun gördüyünüz mərhələlərdə içinə çərçivə kimi mismarla bərkidirik.

Addım 5: Sonuncu addım


Əvvəlcədən kəsdiyimiz kartonları kley vasitəsilə çərçivənin içinə yapışdırırıq. Ve budur. Nərdimiz hazırdır. Tamamilə pulsuz başa gəldi. 

2 Müzakirə

2 il əvvəl

Superdii

2 il əvvəl

Mukemmel 😎

Təklif olunan layihələr