Təqdim edilən layihədə evdə qalmış plastik güllərin tullantı halında təbiətə atilaraq ziyan vermesi əvəzinə, təkrar emal olunaraq gözəl bir geridönüş edilməsini görə bilərsiniz.
Hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faizə qədər idi. Lakin hazırda bu göstərici 12 faizdən çoxdur. Ən əsası isə plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Plastik məmulat istehsalının belə sürətlə artması plastik tullantıların, daha böyük templə çoxalmasına təkan verib. Hazırda plastik tullantıların yaranması tempinin azalması istiqamətində mühüm addımlar atılır və həmçinin də plastik ürünlərin geridönüş edilərək müxtəlif formalarda istifadə edilməsinə ciddi üstünlük verilir.
Addım 1: Güllərin hazırlanması
İstifadə olunan plastik güllər evdə yayrsız və lazımsız olduğu üçün onların tullantı kimi yox daha uğurlu bir vasitə kimi dəyərləndirilməsi düşünülmüşdür tərəfimdən.
Birinci addimda plastik güllər səliqəyə salınır, tozları təmizlənir.
Addım 2: Çərçivənin hazırlanması
İkinci addımda karton və yararsız taxtalar səliqəli formada birləşdirilib yapışdırılmışdır ki, və bu zaman da tablonun çərçivəsi formalaşmış olur.
Sonuncu addımda isə Güllər kley vasitəsi ilə tabloya yapışdırılır və sprey boya ilə rəngləndirilir.
11 Müzakirə
Təkrar emalın beləsi mükemmeldir
Sekilin cekilisine bele Professionalcasina yanasilmisdir. Qaldiki tabloya o resm qeder coxgozel hazirlanmisdir. Elleriniz var olsun. Gozel is cixarmisiniz ortaya. Fikrimce mukemel geridonusum olmusdur. Musabiqede size ugurlar.
Buda gozel el isidir
Mencede ela alinibdir.
Ela duzeltmisen qardasim 💪
Bu tekrar emal gozeldir. Seklin cekili bir basqa 👍🏻
Bu tablonu mence satisda olanlardan ayird etmek olmaz. Qiymetlidir zennimce
Çox gözəl
Çox gözəl
Hər kəsin evində olan bu güllərlə möhtəşəm dəyişiklik!
Təkrar emalın beləsi👍🏼