Close button

3ü Birində EcoLamp

@aytaj-mahammad tərəfindən Digər
479
33
7
Dərc olundu: 30 iyn 2020
Aytaj Mahammad @aytaj-mahammad



Plastik boya qabından, qırıq güldandan və ayran butulkasından gecə lampası

Addım 1: İlkin olaraq ağlımızda sonda görmək istədiyimiz məhsulun profilini yaxşıca düşünürük və sonra lazım olan ləvazimatları təyin edirik


Burada mən 4 əsas ləvazimatdan istifadə etmişəm. Bunlar:


Qırıq və istifadəyə yararsız güldan,


Ayran butulkası,


Lampa


Və istifadəyə yarasız boya qabıdır.


Bunlar sadəcə lampanın özəyini qurmaq üçün lazımlı olan vasitələrdir.


Daha sonra bu vasitələri bir-biri ilə əlaqələndirmək və daha görkəmli hala salmaq üçün ikinci dərəcəli vasitələri müəyyənləşdiririk. Bunlar:


İstifadəyə yararsız pərdə parçası,


Zövqə uyğun naxışlar,


Kley və kley tapançasıdır.


(Yeri gəlmişkən diqqətinizi ona çatdırmaq istəyərəm ki, bu layihədə hər üç kateqoriyaya: parça, şüşə və plastik xitab olunur)

Addım 2: Ləvazimatları müəyyənləşdirdikdən sonra ayran butulkasının oturacaq hissesini kiçik çevrə formasında kəsirik


Butulkanın oturacaq çevrəsinin tamını kəsməməyə diqqət edirik, çünki boya qabının ağırlığına tab gətirəcək şəkildə dayanaqlı oturacaq yaratmalıyıq. Çevrənin ölçüsünü lampanızın ölçüsünə əsasən müəyyənləşdirə bilərsiniz. Daha sonra lampanı butulkanın içərisinə keçirdirik və sona qədər gətirib butulkanın baş hissəsində sabit dayanması üçün kleyləyirik. Son olaraq isə işığımızın keçiriciliyini yoxlayırıq.

Addım 3: Daha sonra əldə etdiyimiz daxilində lampa olan butulkanı güldanımızın ağız hissəsinə oturduruq


Burda diqqət edirik ki, elektrik hissəsi kəsik hissənin üzərinə düşməsin. Bu həm görüntü kirliliyi yaradar (ön hissədə tokun görünməsi) həm də elektriki kəsmə ehtimalına görə təhlükəli ola bilər. Butulkamızı güldana bənd etməyimiz üçün yenidən kleydən istifadə edirik və onu yaxşıca ora bərkidirik. 

Addım 4: İndi isə lampamızın papaq hissəsini tamamlamağa çalışırıq

Burda boya qabınızın təmiz olmasına diqqət edin, əks halda içərisindəki boya ləkələri işıqla təmasda kirli görüntü yarada bilər. Bundan əlavə mən burda evdə istifadə olunmayan pərdəmizdən istifadə etdim. Pərdəni ilkin olaraq vedrenin ölçüsünə uyğun şəkildə düzbucaqli formasında kəsirik. Daha sonra isə yuxari hissəsi üçün çevrə formasında yenidən parça kəsirik. Yapışqan vasitəsilə boya qabımıza bu parçaları səliqəli şəkildə yapışdırırıq. Daha da klassik hava qatmaq üçün iki naxışdan istifadə etdim. Belə ki, çevrənin xaricinə boz rəngli naxışımı yapışdırdım, ancaq kəsdiyim çevrə parçanın üzərinə isə qaşlı naxışlardan istifadə etdim. 

Addım 5: Son mərhələdə artıq bəzədiyimiz boya qabını ehmallıca butulkanın üzərinə yerləşdiririk


Və budur! Klassik görünüşlü, eleqant, özünəməxsus dizaynı olan bir gecə lampasını əldə etdik. Evdə istifadəyə yararsız plastik, şüşə butulkalardan, yoğurt və ya boya qabından, hansısa paltarınızın və ya istifadə etmədiyiniz parçaların köməyi ilə siz də bu tipli, dizaynı sadəcə sizə mənsub olan gözəl görünüşlü gecə lampalarını düzəldə biləriniz. İndiysə necə deyərlər, düşün, yarat və paylaş!

Addım 6: Tövsiyələrim


 



Bu layihəni gerçəkləşdirmək istəyən insanlara kiçik tövsiyələrim olacaq. Əgər siz də bu tipli gecə lampası düzəltmək istəyirsinizsə çalışın boya qabı əvəzinə yoğurt qabından istəfadə edin. Bu sizi əlavə işdən (boyanı qaşımaq və qabı təmizləmək) qurtaracaq. Əgər sizin hansısa bir parçanız yoxdursa və ya parça istifadə etmək istəmirsinizsə bunun əvəzinə ağ boyadan və ya spreydən istifadə edə bilərsiniz. Daha sonra isə zövqünüzə uyğun print olunmuş şəkili şəffaf yapışdırıcı ilə səliqlə yapışdıra bilərsiniz. Bundan başqa plastik butulka əvəzinə şüşə butulkadan istifadə etməyiniz yaxşı olar, çünki istiliyə qarşı dözümlülüyü daha çoxdur. Son olaraq isə elektrik işindən ehtiyatlı olun, həyatınız hər şeydən öndə gəlir. Əgər elektrik işlərini bilmirsinizsə qətiyyən tək etməyin və ya tək edəcəksinizsə belə bir rəngli yeni il işıqlarından istifadə edin. Uğurlar!

7 Müzakirə

3 ay əvvəl

Tam bir senet eseridir, ugurlar

3 ay əvvəl

Cox gozel ve premium gorunur, ugurlar

3 ay əvvəl

Uğurlar❤

3 ay əvvəl

Əla layihədir! Uğurlar, Aytac!

3 ay əvvəl

Çox gözəl laihədir,uğurlar arzu edirəm.Bəyənilsin!

3 ay əvvəl

Uğurlar♥️

3 ay əvvəl

Əla!

Təklif olunan layihələr