Close button

Dreamhouse

@aysu-maharramli tərəfindən Digər
2369
31
12
Seçilmiş
Beşinci yer
Dərc olundu: 15 iyl 2020
Aysu Maharramli @aysu-maharramli


Dostlar, yeni bir səyahətə daha hazırsınızmı? Elə isə kəmərləri bağlayın, getdik! :)

Addım 1: Ləvazimatları yığırıq



Gördüyünüz bu təvazökar evciyi hazırlamaq üçün öz evimizdə kardon qutu saxlamırıq :D Hətta lazım olsa, gedib qonşudan da boş qutuları yığırıq. Kardonun mümkün qədər qalın və bərk olmasına diqqət etməliyik, çünki biz hər zaman, hər işin mükəmməlini görməyin tərəfdarıyıq :)

Addım 2: Maketin təməlinin qururuq



Bunun üçün ilk öncə kardonu şəkillərdə göstərdiyim ölçülərdə kəsirik, növbə ilə 30x30 ölçüdə kəsdiyim altlığa əvvəl evin kənar hissələrini, daha sonra damını birləşdiririk. Sobamızı da qurduqmu? Gəlin indi də evimizin 3-cü mərtəbəsinə balaca bir pəncərə qoyaq.

Addım 3: Pəncərə


Bu rəsmi adını bilmədiyim “megapəncərə”ni hazırlamaq üçün kardondan, pərdəsi üçün isə salfet, köhnə oyuncağımdan sökdüyüm parça və mirvari iplikdən istifadə etdim.



Addım 4: Digər pəncərə və qapı hissələri



Maketimizin müəyyən hissələrində uyğun ölçülərdə qapı və pəncərələr üçün kəsiklər açırıq. Parçaları atmayın, lazım olacaq. Həmçinin, şəffaf plastik materialdan olan köhnə faylımın üz qabığı hissəsini və bəzi qutuları topladım, bunları pəncərələrin şüşəsi kimi istifadə edəcəyik.

Addım 5: Teras



Kardon və əvvəl topladığımız plastik vərəqlə terasımızı düzəldirik. Bir neçə mərhələdən sonra bura yenidən geri dönəcəyik. Evin arxa hissəsinə də kardon əlavə edərək genişlədirik.

Addım 6: Pəncərələr


Yenə kardon, salfet, parça, mirvari iplik və plastik vərəqdən istifadə edərək pəncərələrimizi hazırlayıb maketə birləşdiririk.

Addım 7: Məhəccər


Kardon, yanmış kibrit çöpləri və taxta çubuqlardan istifadə edərək evimizin məhəccərini hazırlayırıq.

Addım 8: Bəzəmə


Yenə kardondan istifadə edərək evin divarlarını bəzəyirik, künclərini də örtürük ki səliqəli görünsün.

Addım 9: Dam örtüyü


Kardonu kiçik hissələrə bölüb kleylə bir-bir dama birləşdiririk. Təkcə bu mərhələ 2 günümü alsa da əziyyətə dəydi məncə :)

Addım 10: Paper Clay


Yumurta qutusunu kiçik hissələrə bölüb PVA kleylə yoğuraraq çox az paper clay (kağız xəmiri/gipsi) hazırladım. Bunu dairəvi pəncərələrin kənarlarını örtmək üçün istifadə edirik.

Addım 11: Qapılar


Əvvəl kəsdiyimiz qapı hissələrini istifadə edəcəyik, mən ilk öncə onları A4 kağıza bükdüm, üzərinə qələmlə qapı cizgiləri çəkdim və muncuqdan dəstəyini hazırladım. Nəticə yaxşı görünür, onları maketə birləşdirə bilərik :)

Addım 12: Xalça


Bu gördüyünüz materialdan ayaqqabı qutularında yeni alınan ayaqqabılar zədələnməsin deyə istifadə olunur, mən isə onu maketimin xalçası kimi işlədəcəm :dd

Addım 13: Boyama


Evimizi zövqə uyğun boyayırıq. Diqqətli olun, xalçalara dəyməsin :d

Addım 14: Dekor


Miniatür evimiz üçün miniatür dekorlar hazırlayırıq. Bu addımda bütün işi öz fantaziyamıza buraxırıq. Real həyatda belə dekorlar yoxdur, bunu etməyək deməyin. Məsələn mən cəviz qabığından asılqan, telefon qapından masa və s. digər əşyalardan miniatür dekorlar hazırladım :) Terasda işimiz bitdikdən sora plastik vərəqlə açıq hissəni bağlayırıq.

Addım 15: Güllər



İlk öncə anamın güllərinin qurumuş budaqlarını maketə yapışdırdım, daha sonra yarpaqları hazırlamaq üçün polistirol adlanan materialı kiçik hissələrə bölüb PVA kley və yaşıl boya ilə qarışdırdım. Eyni prosesi çiçəkləri hazırlamaq üçün çəhrayı rənglə də edək. İndi isə hazır yarpaq və çiçəklərimizi kley ilə budaqlara yapışdıra bilərik.

Addım 16: Son


Son olaraq şəkildəki kəməri (artıq ipləri köhnəldiyinə görə maket üçün istifadə etsəm daha faydalı olar deyə düşündüm) balkonun kənar hissəsinə yapışdırıram. Və budur, nəhayət ki evimiz hazırdır!


Qeyd: Bütün oyuncaqlarım Göbələk evdə yaşadığı üçün bu evə sakin tapmadım :D


Hər kəsə uğurlar!


#letthecardboardlive :)

12 Müzakirə

2 il əvvəl

Superrr🌹😍😍😍

2 il əvvəl

Hemisheki kimi super👌🏻👌🏻👍🏻

2 il əvvəl

Bizim evdən qəşəngdi.Halaldı😊

2 il əvvəl

Bizim evdən qəşəngdi.Halaldı😊

2 il əvvəl

Əlaaaa

2 il əvvəl

Əlaaaa

2 il əvvəl

Əlaaaa

2 il əvvəl

Çoox hooşşş😍😍

2 il əvvəl

Wow *-*

2 il əvvəl

Heyrətamiz 😍😍

2 il əvvəl

Sadecə möhtəşəmmm👌🏻😍❤️❤️❤️❤️

2 il əvvəl

Çok tatlıı😍

Təklif olunan layihələr