Salamlar, bu gün sizlərlə gördüyünüz evciyin hazırlanması prosesini bölüşəcəm. Uzuun bir səyahət sizi gözləyir, hazır olun :)
Addım 1: Əvvəlcə gərəkli ləvazimatları yığaq
Ayaqqabı qutularından tutmuş tort qabına qədər ətrafımızda gördüyümüz lazımsız, kardondan nə varsa toplayırıq. Qutular nə qədər qalın və bərk olsa, işimiz də o qədər səliqəli olacaq. Digər şəkildə isə ən böyük köməkçilərimi görürsünüz))
.jpg)
.jpg)
Addım 2: Maketimizin təməlini qururuq
Bunun üçün ayaqqabı qutusu işimizə yarıyacaq. Şəkildə gördüyünüz fiqurları kəsib digər şəkildəki kimi birləşdirərək ilk mərhələni bitiririk.

.jpg)
.jpg)
Addım 3: Evimizin pəncərələrini hazırlayırıq
Zövqə uyğun fərqli ölçülərdə və fərqli formalarda kiçik pəncərələrimizi hazırlayıb təmələ birləşdiririk.




Addım 4: Boşluqları örtürük
Bunun üçün tort qutusunun kənarlarından istifadə edirik. Bütün boşluqları bacardığımız qədər hamar şəkildə örtək.



Addım 5: Evin qapısını düzəldirik
Yenə tort qutusundan qapının kənar hissəsini hazırlayırıq, daha sonra kiçik parçalarla üzərini örtürük. Məqsəd daha qalın görünməsidir. Sonda isə şəkildə gördüyünüz fiqurları hazırlayıb qapımızın iç hissəsinə yapışdırırıq.




Addım 6: Sobamızı quraq
Kiçik rulonlardan sobamızın borusunu hazırlayırıq, ayaqqabı qutusundan isə əvvəlcə dairə kəsib konus şəklinə salırıq, daha sonra onu qalınlaşdırıb boruya birləşdiririk.



Addım 7: Kiçik göbələklər
Yenə kardonu konus və silindir formada kəsirik, birləşdirib göbələkləri hazırlayırıq.



Addım 8: Kağızdan daşlar düzəldirik
Köhnə, lazımsız qeyd vərəqlərimizi yığıb əzirik. Göbələklərlə birlikdə kağız daşlarımızı da maketə birləşdiririk.






Addım 9: Qapıya kiçik detaylar əlavə edirik
Kardondan qapının altlığını, dəstəyini və adını bilmədiyim digər hissəsini hazırlayırıq :D



Addım 10: Sarmaşıq otu
Əvvəlcə kardondan fərqli ölçülərdə yarpaqlar kəsirik, daha sonra yenə köhnə kağızları buraraq sarmaşığın gövdəsini düzəldirik.






Addım 11: Paper clay
Həə çətin mərhələləri geridə qoyduq, önümüzdə daha çətinləri var :D Indi isə paper clay, yəni kağız xəmiri hazırlayırıq. Bunu hazır şəkildə ala bilərsiniz amma mən homemade clay edəcəm. Bunun üçün bizə lazım olanlar:
1.PVA kley
2.Köhnə kağızlar
3.Qarğıdalı nişastası
Kağızları kiçik hissələrə bölüb 10 dəqiqə qaynadırıq. Sonra mixerdən keçirib əldə etdiyimiz kağız əsasını PVA kley və bir qaşıq nişasta ilə yoğururuq. Nişasta əlavə etməyimizin səbəbi xəmirimizin daha yumuşaq və hamar olmasıdır. Layihəmiz böyük olduğu üçün bizə təxminən 2 kilo kağız xəmiri lazım olacaq.





Addım 12: Hazırladığımız paper clay ilə maketin hər tərəfini örtürük
Gəldik mənim üçün ən çətin və yorucu olan mərhələyə. Bütün maketi xəmirlə örtürük, sonra göbələklərin papaq hissələrinin üzərində hazırladığımız xəmirlə xallar düzəldirik. Həmçinin qapının və qapının üzərindəki pəncərərnin kənarlarını da xəmirlə bəzəyirik.








Addım 13: Boyama
Zövqə uyğun boyayırıq
.jpg)




Addım 14: Evimizi icarəyə veririk
Evimiz sakinsizmi qalsın? :dd Oyuncaqlarımızı yerləşdiririk və ta-taam! Hazırdır!
Uzun sözün qısası, sizə məsləhətim odur ki, ayaqqabı qutularınızı atmayın, onlardan belə kiçik evciklər düzəldin. Ya da verin mənə, özüm düzəldim :D Məndən bu qədər, hər kəsə uğurlar!





47 Müzakirə
Əllərinə sağlıq, möhtəşəm 😍🌹🌺
Əllərinə sağlıq, möhtəşəm 😍🌹🌺
Əllərinə sağlıq, möhtəşəm 😍🌹🌺
Əllərinə sağlıq, möhtəşəm 😍🌹🌺
Əllərinə sağlıq, möhtəşəm 😍🌹🌺
Əllərinə sağlıq, möhtəşəm 😍🌹🌺
Əllərinə sağlıq, möhtəşəm 😍🌹🌺
Möhtəşəm🔥😍
Əlaaa👍🏻👍🏻👍🏻👍🏻
Zəhra xanım, siz niyə bu qədər narahatsız ki mənim layihəmlə bağlı? Gördüyünüz layihə 8.8k.lıq izləyicisi olan bir facebook səhifəsində paylaşılıb, lakin səsvermənin necə edilməsi ilə bağlı ətaflı məlumat verilmədiyi üçün, üstəlik platformada bəzən qeydiyyat zamanı problemlər yarandığı üçün (həmçinin səhifədəkilərin heç biri tanışım deyil, admindən başqa) az səs gəldiyini güman edirəm. Baxış sayının artması normaldır. Əslinə qalsa heç kimə açıqlama vermək məcburiyyətində deyiləm, amma görürəm nəsə çox narahatsız. Kaş bu riyazi analizinizi layihələrin keyfiyyətlərini müqayisə edərək də istifadə edərdiz. Hansı ki mən özümünkünə kifayət qədər güvənirəm və durub baxış sayını və ya bəyənməni öz özlüyümdə artıracaq qədər də bekar deyiləm, buna ehtiyacım da yoxdur. İçiniz rahat olsun. Hər kimsinizsə sizə də uğurlar. Növbəti dəfələrə daha düzgün analizlər etməniz və heç kimə şər atmamanız diləyi ilə.
Mən bütün layihələri diqqətlə izləyirəm sizin layihə 1 gün ərzində deyil bir neçə saata sürətlə baxış sayı artdı. Gəlin birlikdə analiz edək. Layihənizə anidən 1500 adam baxıbsa səs sayı da riyazi olaraq minimum 100-120 nəfər artmalıydı, lakin sizdə həmin zaman kəsiyində cəmi 15 səs artdı. İkinci bir məsələ sayta daxil olan insanların sayı bu qədər çox idisə digər layihələrin də baxış sayı ən azından 300-400 artmalıydı sizə nisbətdə. Başqa bir qaranlıq məqam isə necə olur ki, sizin layihənin ana səhifədə olmaya-olmaya sırf sata daxil olan insanlar açıb siizin layihəyə baxıblar? Bu qeyri-mümkündür özünüz də yaxşı bilirsiz ))) Əgər hamı sizin tanışınızdırsa ki, ancaq sizin layihəyə girib baxıb o zaman niyə səs sayı cəmi 15 nəfər artıb? Bu təzadlı sualları düşünürəm cavablamaq bir qədər çətindi. Yenə də layihədə sizə uğurlar arzu edirəm. Ümidvaram ya növbəti 2 gün baxış sayınız bu şəkildə davam edib 7000 ötər (ötməsə demək ki nəsə başqa məsələdi), ötsə də səs sayınızın 500-ü keçəcəyini düşünərək sizə yenə də uğurlar arzu edirəm.
Ellerine sağlık♥️♥️♥️
Ellerine sağlık♥️♥️♥️
Çox emek serf olunduğu aydın görünür😍
Regibde olsag ugurlar her birimize son soz füsüfler deyecek
Superrrrr👍🏻🌹
Yaratmısan yene🤤💗💗💗
Uğurlar!!😘❤️
Çox gözəl❤️
Zəhra xanım, baxış sayı 2-3 saatın içində yox 1 gün ərzində bu qədər artdı, və xeyr, like sayı da artıb. Düzgün izləməmisiniz)) Qaldı ki baxış sayının artması məsələsinə, yəqin ki cəlbedici işdir ki nəzər yetiriblər :)
mesmerizing🌈💜
Woww😍😍😍
You are perfect!!!❤️
2-3 saatın içində 1500 adam sayta necə daxil oldu ki bu qədər baxış sayı yığıldı sizdə? Çox maraqlıdı birdən birə digər layihələrə heç baxan olmayıb ancaq sizdə nə səs artıb nə də komment bu qədər qısa zamanda.
Ehsen! Ureyim gobelek cekdi :))
Əhsən!💚
Çox gözəl olub.
Omgggg🤤🍄
Perfect🤯😍😍😍😍
Çox gözəldir!!
Good , Super ⚡️
❤️ Ela, zor
Ellerine sağlıkk
Oha oha
Çox gözəl ellerine sağlıq çox bəyəndim❤️😍
Çox gözəldi əlinizə sağlıq ❤❤❤
🤩🤩😍😍
Möhtəşəmdir💜
Çox hoşdu😍😍
Xanım çox gözəl olub
Əladır! ❤️
My whole department loved it , keep it up Aysu :)
Unikal və heyrətamizdir))
Ela😍😍😍😍
Möhteşem. :)
😍😍😍
Superdii😍 Əllərinizə sağlıq, xanım❤