Mayflower

Salam, bir il sonra yenidən müsabiqədə iştirak etmək qərarına gəldim:) Lakin bu səfər ev yox, gəmi hazırlayacağıq.
Addım 1: Ləvazimatları yığırıq
Ətrafınızda gördüyünüz bütün kardon qutuları toplayın. Ayaqqabı qablarından tutmuş, olmazsa olmazımız olan yumurta qutusuna qədər hər şey bizə lazım ola bilər!


Addım 2: Maketin əsasını hazırlayırıq
Şəkillərdə gördüyünüz formalarda kardonları kəsib silikon kleylə yapışdırırıq.




Addım 3: Gəminin kənarlarını hazırlayırıq
Şəkildə gördüyünüz kimi kardonu uzun parçalara bölərək onlarla gəmimizin kənarlaını örtürük.



Addım 4: Məhəccər
Kardon və taxta çöplərdən gəminin tutacaq hissəsini hazırlayırıq.





Addım 5: Gəminin kənarlarını bəzəyirik
Şəkildəki kimi gəmimizə bəzi detallar əlavə edirik.



Addım 6: Yelkən
Yenə kardondan uzun boru hazırlayırıq, yelkəni də hazır etdikdən sonra sap ilə gəmi iplərini əlavə edirik.




Addım 7: Rəngləmək
Qəhvəyi tonlarından və ağ boyadan istifadə edərək gəmimizi rəngləyirik. Bu qədər, gəmimiz hazırdır!






8 Müzakirə
Perfect
Möhtəşəm alınıb, əllərinizə sağlıq.
Eladiii😍😍😍😍😍😍
Mene de oyrettttt!!!!
Aysumuz, eladirr. Ugurlar sene
Bunları satışa qoyursunuz? cox isteyerdim almaq bunlardan
Əllərinizə sağlıq Aysu xanım!!!!
Çox gözel alınıb. 🙏🙏🙏