QATIQLIQ

QATIQLIQ qatıq çalmaq üçün nəzərdə tutulan tamamilə yeni bir məhsuldur.
Bu səbəbdən adı da yenidir - QATIQLIQ.
Onu köhnə yun paltardan, ədyaldan, şaldan hazırlamaq olar.
Mətbəxinizin əvəzedilməz əşyasına çevriləcək 45 dəqiqəyə hazırlanan qatılqlığın üstünlükləri bunlardır:
1. QATIQLIQ CAN RAHATLIĞIDIR...
Qatığı çaldıqdan sonra onu basdırmaq üçün hər dəfə yun parça və ya ədyal axtarmayacaqsınız. Yun parçadan və ədyaldan fərqli olaraq, qatıq hazır olandan sonra QATILQLIĞI haradasa gizlətməyə tələsməyəcəksiniz. Çünki...
2. QATIQLIQ AKSESSUARDIR...
Ona istədiyiniz kimi dizayn verə bilərsiniz. O, sizin fantaziyanızdan bəhrələnir.
3. QATIQLIQ GÜVƏNLİDİR...
Qatıqlıqda banka və ya balon kip yerləşdirildiyi üçün qatıq 100 faiz tutur Qatığı qatıqlıqda basdırdıqdan sonra onu isti bir yerə qoymağa ehtiyac yoxdur. Hətta ən xəfif temperaturda belə südə maya vurmaqla bal kimi qatıq çala bilərsiniz.
4. QATIQLIQ TƏKRARSIZ HƏDİYYƏDİR...
Geymədiyiniz yun köynəklərdən öz əllərinizlə hazırladığınız QATIQLIQ köhnə əşyalara yeni həyat verir. Mağazaya getmədən, artıq təmas etmədən COVİD -19 zamanı vaxtını mətbəxdə keçirən sevdiklərinizi sevindirmək və onların zəhmətlərini azaltmaq üçün təkrarsız hədiyyədir!
5. EVDƏ QAL, QATIQ ÇAL. HƏM SAĞ, HƏM DƏ SAĞLAM QAL!
Addım 1: KÖHNƏ YUN KÖYNƏK VƏ DAHA NƏLƏR

Qatıqlıq üçün sizə
1. Köhnə yun köynək
2. Qatıq çalacağınız boş banka və ya balon
3. Tikiş maşını və pistolet-yapışqan lazım olacaq.
Köynəyin qollarını çiyindən kəsməzdən əvvəl onu boş bankaya ya balona keçirin, əmin olun ki, köynək QATIQLIĞI tikmək üçün kifayətdir. Sonra köynəyin qollarını çiyindən kəsin.

Addım 2: PAPAQŞƏKİLLİ KORPUS

Kəsilmiş qolları bankanın korpusuna otuzdurun. Onları bankanın boyundan bir santimetr uzun kəsin. Bu bir santimetr bizə növbəti addımda - korpusu oturacağa birləşdirən zaman lazım olacaq.
Korpus hissəsi çox isti olmalıdır, buna görə də qolları bir-birinin üstünə keçirin. Köynək nazikdirsə, bədən hissəsindən bankanın boyu hündürlüyündə bir qat da kəsib əlavə edin. Korpusun qatlarını bankanın üzərində bir-birinin üstünə keçirdikdən sonra onları bankanın başında, yəni qapaq hissəsində pistolet-yapışqanla bir-birinə bənd edin. Beləliklə, papaqşəkilli koprus hazır olacaq.

Addım 3: OTURACAQ

Korpus hazır olduqdan sonra bankanın oturacağını kəsirik. Oturacaq da qalın olmalıdır. Bunun üçün bankanın oturacağının ölçüsündə bir neçə qat çevrə kəsib onları bir-birinə pistolet-yapışqanla birləşdiririk.



Addım 4: Korpusun oturacağa birləşdirilməsi və qurşağın tikilməsi

Korpusu oturacağa tikərək və ya pistolet yapışqanla birləşdirmək olar. Pistolet yapışqanla birləşdirmək üçün bankanı korpusa keçirin, başı aşağı çevirin. Korpus bankadan bir santimetr uzun kəsildiyi üçün oturacağı korpusa həm pistolet yapışqanla, həm də tikərək birləşdirə bilərik.
DİQQƏT! Korpusla oturaçağı bir-birinə tam birləşdirməyin! Korpusun ancaq yarısı oturacağa bitişməlidir. Bitişməyən yarısı QATILQLIĞIN ağzıdır. Bankanı QATIQLIĞA buradan keçirəcəyik.
Bankanın QATIQLIQDA kip oturması, ağizlıqdan ona soyuq keçməməsi üçün korpus ilə oturacağı birləşdirdikdən sonra oturacağın çevrəsi boyu üç santimetr hündürlüyündə qurşaq kəsirik. Qurşağın bir santimetri oturacağa yapışdırılır, qalan iki santimetri isə oturacaqla korpus arasındakı açıq qalan hissəni - QATIQLIĞIN ağzını örtür. Beləliklə, bankaya heç yerdən soyuq girə bilmir.
Qurşağı köynəyin ətək hissəsindən kəsmək olar.

Addım 5: QATIQLAĞIN BƏZƏDİLMƏSİ

Korpus oturacağa birləşdirildikdən və oturacaq boyu əlavə isti kəmər tikildikdən sonra QATIQLIQ demək olar ki, hazırdır. AMMA...
Onun tam hazırlanması üçün həm də estetik cəhətdən göz oxşaması, bir sözlə, "sizinlə söhbət etməsi" gərəkdir. Bunun üçün qatıqlığın bəzədilməsinə başlayırıq.
Əgər qatıqlıq saya parçadandırsa, onun təpəsinə tesmadan saçlar və hətta iki hörük də hörüb yapışdırmaq olar. Tesmadan gözlər, fetrdan isə ağız da kəsib QATIQLIĞI canladıra bilərsiniz.
Mən seçdiyim materiala uyğun olaraq dizayn verirəm. Köhnə ədyallardan istifadə edəndə onların yun saçaqlarından klassik üslub yaratmaq üçün istifadə edirəm. Qısası, dizayn sizin zövqünüzdən bəhrələnəcək. VİDEOYA baxsanız, yazdıqlarımı canlı-canlı izləyib, incəliklərlə daha yaxından tanış ola bilərsiniz.
MƏN YARATDIM. SİZ DƏ YARADIN. YARATDIQLARINIZLA YADDA QALIN!



41 Müzakirə
Çox gözel ideyadır. Ellerinize saglıq👍👍👍🌹🌹🌹
Maraqlı və faydalı ideyadır. Evdə qal, qatıq çal. 😎
Kreativ ve gozel ideyadir
çox ela
Chox gozel ve praktiki ideyadi. Amerikadan ses verirem ve buradada bu icad chox feydali olardi! Qatiqliq eshyasinin geleceyine daimi ugurlar arzu edirem!
Əllərinizə sağlıq!!! İdeya superdir! Bu yaşıma qədər qatıq çalanda hamının evdə yun nə isə axtardığını görmüşəm) hətta uşaq vaxtı nənəmin yun adyala bükdüyü qatığıni bilmədən dagidib o qədər zay etmişik ki))) bilmədən adyali çəkmişik, ya qəfil oturmuşuq üstündə))) amma bu qatiqliq indiki zamanda həm şəhərli, həm də kənd insanı üçün əla əsyadir👍insanlar indi orqanik qidalara üstünlük verir, çox adam keçmişə dönür,qatığıni özü düzəldir! Dünəndən yigisdirdigim qış geyimlərini açıb tikmişəm, geymədiyim amma əziz olan yun geyim secirəm)Mən də bu qatiqliqdan hazırlayacam!!!!Uğurlar!!!!!
Çox praktik və çox faydalı. "Qatığını evdə özü çalan, çörəyini özü bişirən xəstələnməz" - deyiblər. Aynur xanım, bu icadınız lap yerinə düşdü. Əllərinizə sağlıq. Mütləq mən də evdə hazırlayacağam.
Nəinki düzəldilən əşya maraqlı və yaradıcıdır, hətta "qatıqlıq" sözünün özü belə yadımdan çıxımışdır. Həm tullantı materialına, həm də sözə yeni həyat verdiniz- təşəkkür!
Her zaman yaradici olmusunuz Aynur xanim bu ishde de ugur qazanacaginiza eminem.
Her zaman yaradici olmusunuz Aynur xanim bu ishde de ugur qazanacaginiza eminem.
Çox bəyəndim. İdeyanın orijinallığına və təkrarsızlığına söz ola bilməz. Zənnimcə, birinci yerə layiq olan bir ideyadır. Əllərinizə sağlıq, Aynur xanım🙏👍
Çox maraqlı və gözəl ideyadır. Beləliklə mətbəximizi gözəlləşdirib, qatıqlağa baxaraq həzz alırıq, işimizi də yüngülləşdiririk. ❤👍🥰👍
Çox maraqlı və gözəl ideyadır. Beləliklə mətbəximizi gözəlləşdirib, qatıqlağa baxaraq həzz alırıq, işimizi də yüngülləşdiririk. ❤👍🥰👍
Aynur xanım ,siz əsl estetsiniz. Orqanik məhsul sevənlər üçün gözəl hədiyyədir. Mətbəxdə belə gözəl, isti, şirin aksesuarlar göz oxşayır.Doğrudan da təqdirəlayiq ideyadır. Tezliklə mətbəximdə görmək arzusuyla.
Qatıq bizim milli mətbəxin ən vacib ünsürlərindəndir. Bu faydalı, dadlı, yüngül qida evdə hazırlananda isə bir başqadır. Gördüyüm qədər Qatıqlıq bu prosesi asanlaşdırmaq baxımından çox istifadəlidir. Hər mənada isti və məzəli dizaynı isə ürək açır.
Super.Çox bəyəndim.Hətta bu ideyadan istifadə edərək çaynikin yaxşı dəm alması üçün isti parçalardan çayniklik də tikmək olar. Köhnə paltarlardan istifadə edərək,qənaətkarlıq edərək ,yeni əşyalar hazırlamaq olur.Çox gözəl ideyadır.Bəyəndim.
Çox praktik və görünüşcə gözəl mətbəx əşyasıdır.Hər evə belə qatıqlıq lazımdır.Xanımlar qatıq çalmağa həvəslənəcəklər.Çooox xoşuma gəldi..Əla.Mənim fikrimcə mükafata layiqlidir.Aynur xanım bu ideyası ilə mətbəximizə yeni əşya,dilimizə yeni söz qazandırdı.👍🏻
Çox praktik və görünüşcə gözəl mətbəx əşyasıdır.Hər evə belə qatıqlıq lazımdır.Xanımlar qatıq çalmağa həvəslənəcəklər.Çooox xoşuma gəldi..Əla.Mənim fikrimcə mükafata layiqlidir.Aynur xanım bu ideyası ilə mətbəximizə yeni əşya,dilimizə yeni söz qazandırdı.👍🏻
Çox praktik və görünüşcə gözəl mətbəx əşyasıdır.Hər evə belə qatıqlıq lazımdır.Xanımlar qatıq çalmağa həvəslənəcəklər.Çooox xoşuma gəldi..Əla.Mənim fikrimcə mükafata layiqlidir.Aynur xanım bu ideyası ilə mətbəximizə yeni əşya,dilimizə yeni söz qazandırdı.👍🏻
Çox praktik və görünüşcə gözəl mətbəx əşyasıdır.Hər evə belə qatıqlıq lazımdır.Xanımlar qatıq çalmağa həvəslənəcəklər.Çooox xoşuma gəldi..Əla.Mənim fikrimcə mükafata layiqlidir.Aynur xanım bu ideyası ilə mətbəximizə yeni əşya,dilimizə yeni söz qazandırdı.👍🏻
İnnovativ, praktiki faydası olan, və şən əhval yaradan "lifehack". İndidən sonra qatığ qoyma prosesi (Türkçə demək istəsək, yoğurtun yoğrulması olacaqmı?) mətbəxdə ürəkaçan mənzərə yaradacaq, "qatığlıq" düzəldən üçün isə fantazıyası və zövgünün ifadəsi üçün gözlənilməz bir imkana çevriləcək. Köhnəlmiş isti geyimlər isə əlavə emal dairəsinə qoşulacaq!
Красиво и практично, 👍
Eşq olsun!
Aynur xanim, Cox gozel ideyadir. Cox kreativsiniz). Ellerinize sagliq. Bele bir shey dem cayniki ucun de duzeltmek olar? 👍😍
Təşəkkürlər Azərbaycan mətbəxinə yeni ad və yeni əşya qazandırdığınız üçün👏👏👏👏👍
👍🏻👍🏻👍🏻
Спасибо огромное! Замечательная и полезная идея! Обязательно попробую сделать. Удачи вам!
Əllərinizə sağlıq❤️
Aynur xanim cox sag olun cox raziyam. Cox aydin basa saldiz, sizden oyreneceyimiz cox sey var.😊👏🏻👏🏻👏🏻👏🏻👍🏼👍🏼👍🏼👍🏼👍🏼
Aynur xanim cox qozel ve rahat basa saldiz cox saxolun. Qatiq cox faydali bir qidadi esasda bu yay aylarinda, mene ele gelir ki sizin bu teqdimatinizdan sonra bir cox xanimlarimizda ev seraitinde rahat bir sekilde qatixi duzelde bilecekler.
Айнур ханум предложила прекрасную идею,красиво оформленную и дающую простор для фантазий.Вместе с тем,данная идея имеет прикладное значение ,т.к..это древняя традиция в Азербайджане делать дома Гатык ,очень полезный продукт натуральный .Предлагаю высоко отметить данную идею и исполнение ,,прекрасное объяснение .Благодарим за идею автора !
Məncə, köhnə paltarların faydalı geri dönüşümü üçün yaxşı ideyadır.
Gözəl! Çox kreativ ideyadır! Uğurlar!
Möhteşem bir ideya! Bir etiraf edim ki, illerdi bizim eve qatıq normal şekilde getire bilmirik. Mütleq , ya yarısı tökülmüş olur, ya da sınmış ve sair. Bu baxımdan cox gerekli bir ideya! Görüntüsü gözel, praktik, en esası qoruyucu! Ümidi edirem ki, Aynur xanımın sayesinde bundan sonra qatığımız evimize “qezasız” , qabında durduğu kimi catar. Bu arada , ad cox xoşuma geldi; qatıqlıq. Aynur xanım ferqinde olmadan yeni söz yaradıb. İlk alıcınız men olmaq dileyi ile uğurlar!!!
ÇOX TƏŞƏKKJÜRLƏR, İDEYAYA DƏSTƏK VERDİYİNİZƏ GÖRƏ. SAĞ OLUN
Kreativ yanaşmadır. Nənələrimiz kimi odeyal, köhnə pal-paltarla səliqəsiz şəkildə bankanı və ya qazanı bükmürsən. Köhnə geyimi dəyərləndirməklə ucuz və keyfiyyətli, isti örtük, bir az da bəzək-düzəklə gözəl bir aksesuar qazanırsan. Uğurlar, Aynur xanım! Biz sizdən öyrənirik!
Environmental dusunmenin gücu ;) olduqca kreativ ve her eve lazim bir əşya olduğu isə göz önündədir. Emeyinize sagliq , Aynur xanım 🥰
Ellerine sağlık Aynur xanim. Çox gozel ve lazımli eşyadır. Uğurlar size 😍
Aynur xanim, mehsulun kutlevi istehsalina bashlamaq lazimdir tezlikle :)
Hərtərəfli əla ideyadır. İşlənməyən əşyanı tullamırsan, təkrar emal edib həm orqanik məhsul alırsan, həm də dekorativ sənət əsəri yaradırsan. Mən buna GreenProject də deyərdim. Sizə uğurlar arzlayıram, Aynur xanım
Hocamız hər zamankı kimi yaradıcıdır. İdeya da faydalıdır, Aynur xanım, bolluca uğurlar sizə ❤️