Close button

Ən Asan Və Sərfəli Maska

@asli-zeynalabdin tərəfindən Parça
1661
2
1
Seçilmiş
Dərc olundu: 14 iyl 2020
Əsli Zeynalabdinova @asli-zeynalabdin

Addım 1: 1-ci


Bu gün hamı hər gün maska almağa məcburdur. Ona görə də yarışmanın tələblərinə uyğun olaraq evdə geymədiyiniz yaxud artıq lazımsız olan pambıq köynəklərdən istifadə etməklə çeşid şeşid maska düzəltmək olar. Mən istifadə olunmayan bəyaz pambıq köynəyin bir qolundan, qayşı, iynə və sap, bint, rezin və xətkeşdən və 25 sm diametri olan boşqabdan istifadə etməklə maksimum 30 dəqiqəyə maska tikdim.

Addım 2: 2-ci


öncə köynəyin qolunu kəsərək boşqabla dairə çəkdim və kəsdim.

Addım 3: 3-cü


daha sonra kəsdiyim dairəni ikiyə qatlayıb kəsdim. bundan əlavə içərisinə filtr kimi bintdən eyni ölçüdə kəsdim.

Addım 4: 4-cü


daha sonra yarımdairənin bir tərəfindən 3 sm tikərək 3 sm boşluq buraxaraq tikişi sona qədər davam etdim.

Addım 5: 5-cı


sonra parçanın düz kəsilmiş hissəsini aşırıq və iki tikiş hissələrini üzt-üztə qoyub tikirik. 

Addım 6: 6-cı


tikiş bitdikdən sonra əvvəlcədən qoyduğumuz 3 sm boşluqdan düz üzünə çeviririk. Həmin 3 sm tikişi tamamlayaraq ütüləyirik.

Addım 7: 7-ci


daha sonra her qulaq üçün 20 sm rezin ölçüb kəsirik və maskaya bərkidirik.

Addım 8: 8-ci


və sonda gördüyünüz kimi burun nahiyəsini belə mğhkəm qapadan maska alınır. 

Addım 9: 9-cu


və sonda gördüyünüz kimi burun nahiyəsini belə mğhkəm qapadan maska alınır. 

1 Müzakirə

2 il əvvəl

Cok asandir heqiqeten.beywndim

Təklif olunan layihələr