Close button

Orijinal Pul Ağacı

@asli-zeynalabdin tərəfindən Metal
1896
6
2
Seçilmiş
Dərc olundu: 13 iyl 2020
Əsli Zeynalabdinova @asli-zeynalabdin

Addım 1: 1-ci


Hər kəs evində belə gözəl pul ağacının olmasını istəyər. Bunu düzəltmək elə də çətin deyil. Bunun üçün sizə şəkil üçün çərçivə, çubuq darçın, boya, müxtəlif qəpiklər və kağız pullar və yapışqan lazım olacaq. 

Addım 2: 2-ci


Öncə darçınları ağacın gövdəsi əvəzi olaraq yapışqanla çərçivənin mərkəzinə yapışdırırıq.

Addım 3: 3-cü


daha sonra dizaynı düşünürsüz. Mən kağız pulları gövdənin mərkəz hissəsinə yerləşdirmişəm. Sanki qəpiklərin enerji mənbəyi kimi.Və bu kağız pulları iplə bağlayıb yapışdırmışam. simvolok olar dollar, türk lirəsi və Azərbaycan manatı götürmüşəm.

Addım 4: 4-cü


sonra iri qəpik pulları mərkəzi xətt üzrə yapşdırmışam.

Addım 5: 5-cı


yavaç-yavaş digər qəpikləri iri qəpiklərin ətrafına yapşdıraraq ağaca forma verməyə çalışmışam.

Addım 6: 6-cı


bütün qəpikləri yapşdırıb belə bir ağac düzəltmişəm. Lakin baxdım ki, nəsə çatmır.

Addım 7: 7-cı


Düşündüm ki, əgər bu pul ağacıdırsa daima yasıl olmalıdır. Ona görə yarpaqlar əlavə etdim.

Addım 8: 8-ci


nəhayət yarpaqları da əlavə etdikdə yenə nəsə çatmır ki gəldi mənə. pulun qızılla assosiasiyasını düçündüm və yarpaqların miməyi kimi qızıl çiçəklər əlavə etməyi düşündüm. Başqa bir mənası pul ağacının daima qızıl bar verməsi kimi göründü mənə və bu halı ilə ürəyimə yatdı. düşündüm ki bu son ola bilər. 

2 Müzakirə

2 il əvvəl

Men de duzeltmeyi dusunurem.

2 il əvvəl

cox gozeldi

Təklif olunan layihələr