
Əşyaya dəyər qatan sizsiniz, zaman deyil.
Rəsmdə görünən divan artıq istifadə edilməyəcək dərəcədə olduğunu və lazımsız bilinərək atılacaq idi. Lakin, fikrimcə, əşyaların önəmi ona qatılan sevgi və əməkdədir. Bu şüarla irəliləyərək, divanı artıq tullantı olaraq qəbul edən sahibindən götürüb yeniləmək qərarına gəldim.
Addım 1: Birinci Addım
İlk öncə, illərlə istifadəsiz qalan divanı dərin şəkildə təmizlədim. Bunun üçün müxtəlif yuyucu vasitələrdən istifadə etdim. Tamamilə qurulanması bir həftə zaman aldı.

Addım 2: İkinci Addım
Daha sonra, yararsız olan hissələrini söküb, evimdə "Bir gün, bəlkə, lazım olar" deyərək saxladığım qalın parçalardan ilk qatını və qollarını yenilədim. Onları tikmək 3 gün vaxtımı alsa da, nəticədən çox məmnun qaldım. Alt hissəsini uzun illər istifadəmizdə olsun deyə, daha öncə fərqli əşya üçün istifadə etdiyim taxtanın qalıq hissələri ilə bərkitdim. Divanın paslanmış dəmir hissələrini boyadım.

Addım 3: Son Addım
Divanın matras hissələri məhv olduğu üçün yundan yeni döşəkcələr hazırladım. Evimdə olan üzlük parçalar ilə yenilədim. Əslində, yararsız və tullantı olaraq görünən divan artıq bağımın ən gözəl guşəsindən biri oldu.

0 Müzakirə