Close button

Kospley üçün Zireh - RedHood Zirehi

@abba-creations tərəfindən Plastik
1485
17
3
Dərc olundu: 10 iyn 2020
Məhərrəm Abbasov @abba-creations


Burda sizə öz dizaynım olan Red Hood zirehi hazırlamağı göstərəcəm

Addım 1: Lazım olanlar


Salam. Lazım olanlar : lazımsız karton qutular və ya foreks, tapança kley,sprey boyalar(istədiyiniz rənglər),işlətməyəcəyiniz köynək, keçik bir hissə parça. Deməli belə. Bu şəkildə gördüyünüz ağ şey foreks deyilən materialdı, çap yerlərində tapa bilərsiniz. İnşaat mühəndislərinin ev maketləri hazırlayanda işlətdiyi materialdı. Bir dostum onun işinə yaramayan,artıq qalan hissə hissə foreksləri mənə verdi, məndə bunun üçün istifadə elədim. Əgər foreks əldə edə bilməsəniz əvəzində karton qutularda işlədə bilərsiniz, eyni nəticəni əldə edərsiniz sadəcə hamarlıq fərqi ola bilər. 

Addım 2: Yaradıcılıq


Materialımızı seçdikdən sonra şablona ehtiyacımız var, mən bu işlərdə biraz keçmişə sahibolduğum üçün(karton qutulardan olduqca detallı,işıqlı, bütün bədəni tutan Batmanzirehi hazırlamışdım,əgər istəsəniz instagramda abba.creations səhifəsində digərişlərdən də fikirlər əldə eləyə bilərsiniz.),həmdə həndəsədə xüsusilədə fəzafiqurlarında olduqca yaxşı olduğum üçün özüm bu şablonları çəkə bilirəm. Sizaxtarsanız internetdə zireh şablonları tapa bilərsiniz. Əgərki mənim zirehiminsinə hissəsində olan 3 ölçülü görünüşü əldə eləmək sizin üçün vacib deyilsə heçşablon tapmağa və ya həndəsəyə də ehtiyac yoxdu ağlınızdan keçən istədiyinizdizaynda, tamamilə özünüzəməxsus zireh hazırlaya bilərsiniz. Mən bu şəkillərdəgördüyünüz şablonları çəkdim lazımsız dərslik vərəqlərimin arxa tərəfinə. 

Addım 3: Kəsib biçmək yapışdırmaq


Şablonları çəkdikdən sonra o şablonları kartonunuzda və foreksinizdə çəkirsiniz və kəsirsiniz. Şablonun hərəsindən materialınızda 2 ədəd kəsin. Əgərki foreks işlətsəniz evdə olan adi fenlə foreksi azca isidib qövs verə bilərsiniz. Lazım olan yerləri mən isti kleylə yapışdırdım, fenlə istədiyim qövsü verdim.Əldə elədiyiniz sinə pres parçalarını arxadan şəkildə olan kimi bir-birinə parça vasitəsilə yapışdırırıq. Ethiyacınız olmayan bir köynəyin üstündə uyğun yerlərə əldə elədiyimiz zirehi yapışdırırıq. 

Addım 4: Rəngləmə və detallar


Bu tip sprey boyalarla rəngləyirik və üzərinə logonu istəsəniz adi A4 kağızdan kəsib,rəngləyib yapışdıra bilərsiniz.  Şəkildən gördüyünüz bir iki ədəd xırda detallarıda əlavə eləyə bilərsiniz, işin bu hissəsi sizin yaradıcılığınızdan asılıdı, mənim etdiklərimdən daha gözəl detallar əlavə eləyə bilərsiniz.

Addım 5: Nəticə


Ümid eləyirəm ki, kospley üçün kömək edə bildim

3 Müzakirə

2 il əvvəl

Əla alınıb, uğurlar

2 il əvvəl

çox əla, uğur olsun👍

2 il əvvəl

Əladır həqiqətən

Təklif olunan layihələr